Bakı. Samir Əli - Trend:
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib.
1997-ci il təvəllüdlü İsmayılov Abdulla Nemət oğlu idarə etdiyi "Fiat" markalı avtomobillə Qala-Pirallahı avtomobil yolunda hərəkətdə olarkən yolu keçən, şəxsiyyəti məlum olmayan 65-70 yaşlı kişini vurub.
Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.