...

Rüşvətdə təqsirləndirilən sabiq nazirlik işçiləri azadlığa buraxıldı

Gündəm Materials 22 Oktyabr 2019 14:22 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Mehdi Abdullayev və Novruz Alkərəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Rüşvətdə təqsirləndirilən sabiq nazirlik işçiləri azadlığa buraxıldı

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Mehdi Abdullayev və Novruz Alkərəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Abdullayev və N.Alkərəmova şərti cəza verilib və hər iki şəxs məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Beyləqan meşəbəyiliyinin 2 saylı meşə dolayında torpaq sahəsinin ayrılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beyləqan şöbəsinin keçmiş vəzifəli şəxsləri M.Abdullayev və N.Alkərəmov zərərçəkmiş Teymur Aslanovadan 10 min manat rüşvət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti