Bakı. Elçin Mehdiyev - Trend:
"Bakı Metropoliteni" qarşıdakı 3 il ərzində 60 yeni vaqonun alınması ilə bağlı müqavilə imzalayıb.
Trend-in məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.
O bildirib ki, növbəti yeni qatar gələn ilin fevralında gətiriləcək:
"Hər il 20 yeni vaqon gətiriləcək və ilk qatar 2020-ci ilin fevralında Bakıya çatdırılacaq".