...

Bakıda direktor işdən çıxarıldı - Şagirdlərə qanunsuz attestat verdiyi üçün

Gündəm Materials 5 Dekabr 2019 12:05 (UTC +04:00)
Bakıda şagirdlərə qanunsuz olaraq fərqlənmə attestatları verən direktor işdən çıxarılıb
Bakıda direktor işdən çıxarıldı - Şagirdlərə qanunsuz attestat verdiyi üçün

Bakı. İlhamə İsabalayeva - Trend:

Valideynlərin və müəllim kollektivinin şikayəti əsasında Bakı şəhəri 323 nömrəli tam orta məktəbin direktoru ilə bağlı yerində araşdırma aparılıb.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Araşdırma nəticəsində direktor Günay Rüstəmova tərəfindən məktəbdə təlim-tərbiyə prosesinin təşkil edilməsi və həyata keçirilməsinin keyfiyyətsiz olması, şagirdlərin yekun nəticələrində düzəlişlər edilməsi, təlim nailiyyətləri kifayət etməyən bəzi şagirdlərə qanunsuz olaraq ümumi orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi, həmçinin “Xüsusi hallar barədə” əmrin və “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında” təlimatın tələblərinin pozulması müəyyən edilib.

Müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, öhdəlik və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə məktəbin direktoru Günay Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti