...

İlin sonuna qədər yaşayış binalarında 542 yeni lift quraşdırılacaq

Gündəm Materials 19 Dekabr 2019 08:00 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu il 542 yeni lift alınaraq Bakıya gətirilib.
İlin sonuna qədər yaşayış binalarında 542 yeni lift quraşdırılacaq

Bakı. Samir Əli - Trend:

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu il 542 yeni lift alınaraq Bakıya gətirilib.

Bu barədə Trend-ə BŞİH-dən məlumat verilib.

Məlumatda bildirilir ki, liftlər bu ilin sonuna kimi yaşayış binalarına quraşdırılaraq əhalinin istifadəsinə veriləcək. 542 lift 162 bina üçün nəzərdə tutulub:

"Yeni və müasir liftlərin gətirilməsi gələn il də davam etdiriləcək. Hələlik Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan binaların liftləri dəyişdirilir. Həmin binaların hamısının liftlərinin dəyişdirilməsi nəzərdə tutulur. Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlərin dəyişdirilməsi gələn il də davam etdiriləcək və istismar müddəti ötən digər liftlər də yeniləri alınaraq dəyişdiriləcək. Liftlər Almaniyanın "Wittur Holding GMBH" şirkəti ilə imzalanmış müqavilə əsasında gətirilib".

Məlumatda qeyd olunub ki, bununla yanaşı, paytaxtda çoxmərtəbəli yaşayış binalarında istismar müddəti bitməyən liftlərin də cari təmiri aparılır.

Xatırladaq ki, noyabradək BŞİH tərəfindən paytaxta 458 yeni lift gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti