Bakı. Samir Əli - Trend:
Bakıda naməlum şəxslər küçədə vətəndaşa hücum ediblər.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Moskva prospekti 82 saylı ünvanın qarşısında baş verib.
Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Niftullayev Elnur Aydın oğlu səhər saat 06 radələrində həmin ərazidə olarkən 4 nəfər naməlum şəxs ona hücum edib. Həmin şəxslər E.Niftullayevi döyərək cibindən 100 manatını götürüb hadisə yerindən qaçıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.