...

AAYDA sürücülərə xəbərdarlıq etdi

Gündəm Materials 11 Fevral 2020 09:59 (UTC +04:00)
Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb.
AAYDA sürücülərə xəbərdarlıq etdi

Bakı. Samir Əli - Trend:

Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, agentliyin nəzarət etdiyi Bakı şəhərinin əsas küçə və prospektlərində, həmçinin şəhər ətrafı yollarda buz bağlama halı müşahidə olunmayıb.

Buna baxmayaraq buzlaşma ehtimalı ola biləcək ərazilərə ötən gündən etibarən xüsusi texnikalar çıxarılıb.

Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti