...

Çingiz Qənizadənin dairəsində nəticələr ləğv edildi

Gündəm Materials 13 Fevral 2020 16:40 (UTC +04:00)
80 saylı İmişli-Beyleqan Seçki dairəsində seçkinin nəticələri ləğv olunub.
Çingiz Qənizadənin dairəsində nəticələr ləğv edildi

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsindən olan şikayətlərə baxılıb.

Trend-in məlumatına görə, müraciətdə qeyd olunub ki, bəzi seçki məntəqələrində seçki bülletenləri əvvəlcədən kəsilmiş, barmaqlar rənglənməmiş, müşahidəçilərin səsvermənin hesablanması prosesində iştirakına maneələr yaradılıb.

İclasda bildirilib ki, araşdırma zamanı məlum olub ki, 49 protokolun 11-də səsvermənin nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Qutudan çıxan bülletenlərin sayı ilə seçicilərin sayı uyğun gəlmir. Ekspert qrupu araşdırandan sonra belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız sayılsın. Təklif səsə qoyularaq qəbul edilib.

Xatırladaq ki, bu dairənin lider namizədi Çingiz Qənizadə idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti