...

Fransada koronavirusa yoluxmuş bütün xəstələr müalicə edilib

Gündəm Materials 25 Fevral 2020 01:35 (UTC +04:00)
Fransanın səhiyyə naziri Olivye Veran ölkədə koronavirus diaqnozu qoyulan 11 nəfərin hamısının sağaldığını deyib
Fransada koronavirusa yoluxmuş bütün xəstələr müalicə edilib

Bakı. Trend:

Fransanın səhiyyə naziri Olivye Veran ölkədə koronavirus diaqnozu qoyulan 11 nəfərin hamısının sağaldığını deyib.

Trend-in məlumatına görə, ÜST daha əvvəl ölkədə 12 yoluxma hadisəsi barədə bildirib. Yoluxanlardan birinin öldüyü xəbər verilir.

"Fransada yeni növ koronavirus xəstəliyi halları daha yoxdur. Virus artıq yayılmır. Lionda xəstəxanaya yerləşdirilən son xəstə sağalıb və evə qayıdıb", - O.Veran deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti