...

Daha bir ölkədə yeni növ koronavirusa ilk yoluxma halı qeydə alındı

Gündəm Materials 28 Fevral 2020 02:10 (UTC +04:00)
Covid-2019 koronavirusuna yoluxma faktı daha bir ölkədə aşkar edilib
Daha bir ölkədə yeni növ koronavirusa ilk yoluxma halı qeydə alındı

Bakı. Trend:

Covid-2019 koronavirusuna yoluxma faktı Niderlandda aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Niderlandın Milli Səhiyyə və Ətraf Mühit İnstitutu məlumat verib.

Bildirilir ki, Tilburq sakininin yaxınlarda İtaliyanın Lombardiya vilayətindən qayıtdıqdan sonra koronavirusa yoluxduğu məlum olub. Hazırda o, karantinə alınıb.

Hazırda koronavirus 41-ə yaxın ölkədə yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti