...

Gürcüstanda koronavirusdan daha bir xəstə sağalıb

Gündəm Materials 27 Mart 2020 01:31 (UTC +04:00)
Gürcüstanda koronavirusdan daha bir xəstə sağalıb

Bakı. Trend:

Gürcüstanda Saçxeri tibb mərkəzinə yerləşdirilən daha bir xəstə müalicə edilərək evə buraxılıb.

Trend-in məlumatına görə, bu barədə mərkəzin meneceri Maya Xeladze xəbər verib.

Onun sözlərinə görə, Saçxeri tibb mərkəzində hazırda üç koronavirusa yoluxmuş xəstəyə müalicə kursu keçirilir.

Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 79-a qədər artıb. Karantin rejiminə 4 346 nəfər, stasionara isə 247 nəfər yerləşdirilib.

Qeyd edilir ki, 79 nəfərdən 11-i artıq sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti