...

Paytaxtın bu hissəsində işıq olmayacaq

Gündəm Materials 17 İyun 2020 10:26 (UTC +04:00)
Paytaxtın bu hissəsində işıq olmayacaq

Bakı. Trend:

Bu gün Xətai rayonunun bir hissəsində işığın verilməsində fasilə yaranacaq.

"Azərişıq" ASC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Xətai rayonunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq 17.06.2020-ci il tarixində saat 10.30-dan 13.00-dək Məhəmməd Hadi küçəsi 71-95 ünvanlarında istehlakçıların elektrik enerjisi ilə təhcizatında qısa müddətli fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti