...

"Azəriqaz" iyunda 11 mindən çox müraciəti araşdırıb

Gündəm Materials 7 İyul 2020 17:12 (UTC +04:00)
“Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional qazın satışı Departamentinin Müştəri xidməti şöbəsi iyun ayında 11 mindən çox müraciəti cavablandırıb.
"Azəriqaz" iyunda 11 mindən çox müraciəti araşdırıb

Bakı. Samir Əli - Trend:

“Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional qazın satışı Departamentinin Müştəri xidməti şöbəsi iyun ayında 11 mindən çox müraciəti cavablandırıb.

Bu barədə Trend-ə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov məlumat verib.

Onun sözlərinə görə, bu, 2020-ci ilin ilk 3 ayı ilə müqayisədə nisbətən az olsa da, yay mövsümündə ən çox göstərilən xidmət sayıdır: "Ümumilikdə 21 növ müraciət arasında koda düşmüş kartların bərpası, yeni qazlaşma haqqında məlumatın verilməsi və qeydiyyata alınması, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, itirilmiş və yaxud zədələnmiş smart kartın bərpası və digər bir neçə istiqamət çoxluq təşkil edib. Ən çox müraciət 1561 halda abonent məlumatlarında dəyişikliklərin edilməsi ilə bağlı olub. İyun ayında Bakı şəhəri üzrə müştəri xidmətləri üzrə müraciətlər 1 və 2 saylı “ASAN Kommunal” mərkəzləri, eləcə də Bakı Regional qazın satışı Departamentinin inzibati binası, Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində icra edilib.

Qeyd edək ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi günlərdə abonent müraciətlərinə həssaslıqla yanaşılır. Çalışılır ki, xidməti vəzifələr operativ və qüsursuz yerinə yetirilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti