...

Yol təmirində boru partlayıb: Ölən var

Gündəm Materials 27 Avqust 2020 17:05 (UTC +04:00)
Yol təmirində boru partlayıb: Ölən var

Bakı. Samir Əli - Trend:

Avqustun 27-i saat 11 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 6 saylı xüsusi təyinatlı yol idarəsi tərəfindən Bakı-Rostov avtomobil yolunun 60-cı kilometrliyində tikililərə betonvuran pompa ilə beton tökərkən borunun partlaması nəticəsində fəhlə işləyən 1967-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İlqar Bəylərov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri səbəbindən müalicə olunduğu xəstəxanada ölmüşdür.

Xızı Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, fakta görə Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdır.

Hadisə yeri prokuror-kriminalistin iştirakı ilə müayinə edilmiş, hadisənin şahidləri müəyyən edilərək dindirilmiş, o cümlədən digər təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.
İş üzrə məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti