...

BQXK ordumuz üçün xüsusi təlimat broşürləri hazırlayıb

Gündəm Materials 6 Oktyabr 2020 20:01 (UTC +04:00)
BQXK ordumuz üçün xüsusi təlimat broşürləri hazırlayıb

Bakı Samir Əli - Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) xüsusi təlimat broşürləri hazırlayaraq ordumuza təqdim edib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

Onun sözlərinə görə, broşürlərdə döyüş zamanı yaralananlara ilkin tibbi yardım, döyüş qaydaları və sair məlumatlar yer alıb. Bu broşürlər dərs vəsaiti kimi əsgərlərə paylanıb:

"Bu broşürlər bizə yad deyil. Belə təlimatlar bizim qanunvericilikdə var. Azərbaycan Ordusu əsgərlərə bu barədə təlimat keçib. Broşürlərdə olan təlimatlar əvvəllər də Azərbaycan əsgərlərinə dərslərdə keçirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti