...

Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi - Yaqut Qarayeva

Gündəm Materials 16 Oktyabr 2020 12:12 (UTC +04:00)
Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi - Yaqut Qarayeva

Bakı. Samir Əli – Trend:

Payız-qış aylarında ölkədə koronavirus infeksiyasına yoluxma hallarının artması gözlənilən idi.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bu proses havaların soyuması ilə əlaqədardır: “Son vaxtlar yoluxma sayı 100 ətrafında olurdu. Amma biz buna arxayın olmamışdıq. Payız-qış mövsümündə respirator xəstəliklərin artması ilə əlaqədar virusun da aktivləşəcəyi gözləniləndir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti