...

Ermənilərin dəfn mərasimində iştirak edən insanları atəşə tutması qeyri-insani hərəkətdir - Aleksandr İşein

Gündəm Materials 16 Oktyabr 2020 15:59 (UTC +04:00)
Ermənilərin dəfn mərasimində iştirak edən insanları atəşə tutması qeyri-insani hərəkətdir - Aleksandr İşein

Bakı. Elçin Mehdiyev - Trend:

Tərtərdə dəfn mərasimində iştirak edən insanların ermənilər tərəfindən atəşə tutulması qeyri-insani bir hərəkətdir.

Trend-in məlumatına görə, bunu Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein dini konfessiyaların nümayəndələrinin birgə konfransında deyib.

O qeyd edib ki, hansı dini mənsubiyyəti olmasına baxmayaraq, insan dəfn olunanda buna hörmətlə yanaşmaq lazımdır: “Dəfn mərasimində iştirak edən insanların atəşə tutulması anlaşılan deyil, bu, qeyri-insani bir hərəkətdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti