...

Rusiya ilə Türkiyədən ibarət monitorinq qrupu koordinasiya mərkəzi rolunu oynayacaq - Hərbi ekspert

Gündəm Materials 12 Noyabr 2020 16:20 (UTC +04:00)
Rusiya ilə Türkiyədən ibarət monitorinq qrupu koordinasiya mərkəzi rolunu oynayacaq - Hərbi ekspert

Bakı. Samir Əli - Trend:

Rusiya və Türkiyə Müdafiə nazirlərinin Dağlıq Qarabağla bağlı imzaladıqları memorandum Azərbaycanla Ermənistan arasında münaqişənin sülh yolu ilə başa çatması üçün bir çox imkanlar yaradır.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, heç bir beynəlxalq qurum Azərbaycanın Silahlı Qüvvələrinin müşaiyəti ilə yerli abarogen əhalinin Qarabağa qaytarılmasını ciddi və səmimi addım kimi qəbul etməyəcəkdi: "Ona görə də Azərbaycan bu münaqişədə həm özünün etibar etdiyi, həm də erməni tərəfinin etibar edə biləcəyi Rusiya sülhməramlı qüvvələrinin kontingentindən istifadəyə üstünlük verdi. Hesab edirəm ki, bu, tam doğru addımdır. Ərazidə sülhməramlıların yerinə yetirəcəyi funksiyalar ilk növbədə həmin ərazidəki erməni hərbçilərinin oradan çıxarılmasından ibarət olacaq. Bu bənd müqavilədə əksini tapıb. Yəni erməni əsilli hər hansısa silahlı bir şəxs həmin ərazini birmənalı tərk etməlidir. Sülhməramlı qüvvələrin funksiyası kiminləsə silahlı münaqişəyə girmək deyil. Lakin zərurət yarandıqda onlar da həmin ərazidəki erməni silahlılarına qarşı fəaliyyət göstərə bilərlər".

Ə.Verdiyev bildirib ki, əraziyə hər iki tərəfdən köçürülmə olan vaxt problemin yaranması mümkündür: "Bu problemin aradan qaldırılmasını sülhməramlılar yerinə yetirəcək. Əgər əhali tərəfindən sülhməramlıların fəaliyyətinə narazılıq olarsa, o zaman Rusiya ilə Türkiyə nümayəndə heyətindən ibarət olan monitorinq qrupu bu narazılıqların aradan qaldırılmasında müəyyən koordinasiya mərkəzi rolunu oynayacaq. Türkiyədən gələcək monitorinq heyətinin və imzalanan sənədin tərkibi ilə bağlı rəsmi məlumatlar olmadığı təqdirdə bunun əhatə zonasını tam demək mümkün deyil. Lakin artıq Türkiyə xəbər agentlikləri rusların sülhməramlıları ilə eyni sayda, yəni 1960 nəfərlik heyətin Azərbaycana gələcəyini açıqlayıb. Xatırladım ki, Türkiyə heyətinin bir hissəsi artıq Azərbaycandadır. Böyük ehtimalla yaxın günlərdə hər iki kontingentin razılaşdırılmış müqaviləsinin tam mətni aidiyyəti üzrə ictimaiyyətə çatdırılacaq. Bundan sonra geniş fikir mübadiləsi aparılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti