...

FHN Suqovuşan su anbarını mühafizəyə götürüb

Gündəm Materials 14 Noyabr 2020 14:56 (UTC +04:00)
FHN Suqovuşan su anbarını mühafizəyə götürüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) Tərtər rayonu ərazisində yerləşən işğaldan azad olunmuş Suqovuşan su anbarını mühafizəyə götürüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildiriblər. Belə ki, su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejiminin tətbiqinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti