...

Hikmət Hacıyevin “Twitter” hesabı bərpa edilib

Gündəm Materials 18 Noyabr 2020 01:59 (UTC +04:00)
Hikmət Hacıyevin “Twitter” hesabı bərpa edilib

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” hesabı bərpa edilib.

Bu barədə Trend Azərbaycan Respublikası Prezidentinin köməkçisinin “Twitter” hesabına istinadən xəbər verir.

Daha sonra Hikmət Hacıyev "Twitter" hesabının bərpasına görə hər kəsə təşəkkür edib: "Əziz dostlar erməni lobbi dairələrinin şikayəti əsasında fəaliyyəti dayandırılmış Twitter profilimin bərpası üçün göstərdiyiniz qəti dəstəyə görə hər birinizə təşəkkür edirəm.

Ali Baş Komandan, Prezident İlham Əliyev dediyi kimi "Biz Birlikdə Güclüyük"!. Mübarizəmiz davam edir!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti