...

Gəncədə xüsusi karantin rejimini pozan 121 nəfər cərimələnib (FOTO)

Gündəm Materials 11 Dekabr 2020 12:11 (UTC +04:00)
Gəncədə xüsusi karantin rejimini pozan 121 nəfər cərimələnib (FOTO)

Bakı. Samir Əli - Trend:

Gəncədə “İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” tərəfindən həyata keçirilən reydlər davam edir. Reydlər şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda aparılır.

Gəncə İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının iştirakı ilə keçirilən reydlər zamanı idarələrdə hərarət ölçənin olması, işçilər arasında sosial məsafənin təmin edilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, həmçinin binaların mütəmadi dezinfesiya edilib edilməməsi yoxlanılır.

Qrup üzvləri gün ərzində Gəncədəki bəzi tibb müəssisələri, hazırlıq kursları, iri marketlər, mağazalar və gidər müəssisələrdə olublar.

Reydlər zamanı xüsusi karantin rejimi qaydalarına riayət etməyən 121 nəfər barəsində protokol tərtib edilib, 11 nəfərə isə şifahi xəbərdarlıq olunub.

Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar keçirilən reydlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti