...

Yunanıstan mediasında Azərbaycan həqiqətlərindən yazılıb

Gündəm Materials 15 Dekabr 2020 17:44 (UTC +04:00)
Yunanıstan mediasında Azərbaycan həqiqətlərindən yazılıb

Bakı. Trend:

Yunanıstanın www.karfitsa.gr xəbər portalında Azərbaycan həqiqətləri ilə bağlı "QALA" Yunanıstan-Azərbaycan Dostluq Dərnəyinin məqaləsi dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, məqalədə tarixi faktlara istinadən ermənilərin Qafqazın aborigen sakinləri olmadığı, çar Rusiyası tərəfindən Azərbaycanın tarixi ərazilərinə köçürüldükləri, bu prosesin rus imperiyasının süquta uğradığı, bolşeviklərin hakimiyyətə gəldiyi illərdə və SSRİ dönəmində davam etdiyi bildirilib. Hər fürsətdə ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmələr apardıqları, qırğınlar və soyqırımlar törətdikləri, daha çox ərazimizi işğal etməyə çalışdıqları barədə ətraflı məlumat verilib.

"Ermənilər qətl və soyqırım siyasətinə sadiq qalaraq azərbaycanlılara qarşı qəddar tədbirlər görməkdə davam edirdilər. Onların hücumlarının nəticəsi birinci Qarabağ müharibəsi və 1992-1993-cü illərdə Azərbaycan ərazilərinin işğalı oldu. İşğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı BMT-nin 4 qətnaməsi 28 il kağız üzərində qaldı", - deyə məqalədə bildirilib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.karfitsa.gr/%cf%83%cf%8d%ce%bb%ce%bb%ce%bf%ce%b3%ce%bf%cf%82-%ce%b5%ce%bb%ce%bb%ce%b7%ce%bd%ce%bf-%ce%b1%ce%b6%ce%b5%cf%81%ce%b9%ce%ba%ce%b7%cf%82-%cf%86%ce%b9%ce%bb%ce%af%ce%b1%cf%82-qala/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti