...

Rezidenturanı bitirənlərin təyinat alma vaxtı dəyişdirilib - Səhiyyə Nazirliyi

Gündəm Materials 22 Dekabr 2020 09:21 (UTC +04:00)
Rezidenturanı bitirənlərin təyinat alma vaxtı dəyişdirilib - Səhiyyə Nazirliyi

Bakı. Samir Əli - Trend:

Səhiyyə Nazirliyi rezidenturanı bitirən şəxslərin təyinat vaxtı ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, noyabr ayında imtahan verib rezidenturanı bitirənlər üçün dekabr ayında keçirilməli olan təyinatın vaxtı dəyişdirilib. Pandemiya ilə əlaqədar təyinatın yanvar ayında keçirilməsi planlaşdırılır.

Bu barədə Səhiyyə Nazirliyinin rəsmi saytında öncədən məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti