...

Monteneqro prezidenti xəstəxanaya yerləşdirildi

Gündəm Materials 26 Dekabr 2020 03:50 (UTC +04:00)
Monteneqro prezidenti  xəstəxanaya yerləşdirildi

Bakı. Trend:

Monteneqronun Prezidenti Milo Cukanoviç pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Həkimlərin tövsiyəsi ilə Cukanoviçin sətəlcəmdən müalicə olunduğu bildirilir:

“Bu günə qədər prezidentin COVID-19 üçün verdiyi testlərin nəticələrinin hamısının cavabı mənfi olub. Həyat əlamətləri sabitdir, prezident vəzifələrini maneəsiz yerinə yetirir”.

Monteneqroda yeni növ koronavirus bağlı vəziyyət gərgin olaraq qalır. Belə ki, 600 min nəfər əhalisi olan ölkənin demək olar ki, 46 min vətəndaşı koronavirusa yoluxub, 652 nəfər dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti