...

Şəhid olan təhsil işçilərinin ailələri ziyarət edilib

Gündəm Materials 30 Dekabr 2020 18:34 (UTC +04:00)
Şəhid olan təhsil işçilərinin ailələri ziyarət edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi rəhbərliyinin təşəbbüsü ilə nazirliyin əməkdaşları Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan təhsil işçilərinin ailələrini ziyarət ediblər.

Trend xəbər verir ki, nazirliyin əməkdaşları Gəncə, Lənkəran şəhərləri və Ağstafa, Beyləqan, Gədəbəy, Saatlı, Sabirabad, Tovuz, Cəlilabad, İsmayıllı, Oğuz, Şamaxı, Samux, Ağdam, Kürdəmir rayonlarından olan şəhid təhsil işçilərinin ailələrinə baş çəkib, onlarla həmsöhbət olub, mənəvi dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibədə yaralananlar və onların ailələri hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti