...

4 hərbi qulluqçumuz mina partlaması nəticəsində xəsarət alıb - MN

Gündəm Materials 9 Fevral 2021 14:17 (UTC +04:00)
4 hərbi qulluqçumuz mina partlaması nəticəsində xəsarət alıb - MN

Bakı. Trend:

Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu mina partlaması nəticəsində xəsarət alıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 8-dəTərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.

İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.

Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti