...

Azərbaycan 2 vaksini tədqiq edəcək - Qlobal problemin həllinə böyük töhfə

Gündəm Materials 10 Fevral 2021 15:10 (UTC +04:00)
Azərbaycan 2 vaksini tədqiq edəcək - Qlobal problemin həllinə böyük töhfə

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın COVİD-19 virusuna qarşı iki vaksinlə bağlı beynəlxalq tədqiqatda iştirak etməsi ölkəmizin pandemiyaya mübarizə sahəsinə və qlobal problemin həllinə verdiyi beynəlxalq töhfə kimi qiymətləndirilə bilər.

Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, qlobal problemlərin həllində hər zaman iştirak etməyə çalışan Azərbaycanın beynəlxalq təşkilatlarla bu istiqamətdəki əməkdaşlığı hər zaman uğurlu olub.

Y.Abdiyeva buna misal olaraq, Azərbaycannın “Sputnik V” vaksininin və “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinin birgə tətbiqatında iştirak edəcəyini göstərib.

Alim əlavə edib ki, yeni razılaşmaya əsasən, Azərbaycanda da adıçəkilən vaksinlərlə bağlı kliniki tədqiqatlar aparılacaq. Tədqiqatlar “Sputnik V” vaksininin və Oksford Universiteti ilə birgə “AstraZeneca” şirkəti tərəfindən işlənib hazırlanmış vaksinin kombinasiya edilmiş tətbiqinin immunogenliyini və təhlükəsizliyinin qiymətləndirilməsini nəzərdə tutur. Tədqiqat proqramı bir neçə ölkənin ərazisində 6 ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır:

"Bu tədqiqatın aparılması Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq siyasətinin bariz nümunəsidir. Hesab edirəm ki, Azərbaycan bu tədqiqatın uğurla başa çatmasında fəal iştirak edəcək. Ölkəmizin indiyə qədər həyata keçirdiyi beynəlxalq layihələrin nəticələri də bizdə buna inam yaratmağa əsas verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti