...

Əhalini azad olunmuş torpaqlara icazəsiz səfərlərdən çəkindirmək üçün maarifləndirmə işlərinə başlanılıb (FOTO/VİDEO)

Gündəm Materials 12 Fevral 2021 11:26 (UTC +04:00)
Əhalini azad olunmuş torpaqlara icazəsiz səfərlərdən çəkindirmək üçün maarifləndirmə işlərinə başlanılıb (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərimizə xüsusi icazə olmadan səfər edən mülki şəxslər arasında minaya düşərək həlak olan və ya yaralananlar vardır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, bu cür faciəvi halların baş verməsinin qarşısını almaq və əhalini işğaldan azad olunmuş ərazilərə qanunsuz səfərlərdən çəkindirmək məqsədilə nazirlik tərəfindən işğaldan azad olunmuş ərazilərə yaxın yaşayış məntəqələrində maarifləndirmə tədbirlərinə başlanılıb.

Füzuli, Tərtər, Ağdam, Ağcabədi, Xocavənd və Cəbrayıl rayonlarının yaşayış məntəqələrində həyata keçirilən maarifləndirmə tədbirləri zamanı əhaliyə işğaldan azad olunmuş ərazilərdə hazırda minatəmizləmə əməliyyatlarının aparıldığı, bu ərazilərə indiki halda səfərlərin həyati təhlükə daşıdığı, eyni zamanda bu cür qanunsuz səfərlərin hüquqi məsuliyyət yaratdığı izah olunur.

Maarifləndirmə tədbirlərinin davam etdirilməsi nəzərədə tutulur.

Fövqəladə Hallar Nazirliyi bir daha insanları işğaldan azad olunmuş ərazilərə xüsusi icazə olmadan səfər etməkdən çəkinməyə çağırır, bunun həyat və sağlamlıq üçün təhlükəli olduğunu xatırladır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti