...

Növbəti dəfə dirçəldilmiş Ağdam şəhərini ziyarət edəcəm - Aleksey Juravlyov (FOTO)

Gündəm Materials 18 Fevral 2021 18:07 (UTC +04:00)
Növbəti dəfə dirçəldilmiş Ağdam şəhərini ziyarət edəcəm - Aleksey Juravlyov (FOTO)

Bakı. Trend:

Rusiya Federasiyası Dövlət Dumasının üzvü, “Rodina” partiyasının sədri Aleksey Juravlyov Azərbaycana səfəri çərçivəsində Ağdam şəhərində olub.

Trend xəbər verir ki, rusiyalı deputat 1993-cü ildə işğal olunmuş, son 27 il ərzində misilsiz dağıntılara məruz qalmış “ruhlar şəhəri” kimi tanınan Ağdama səfər edib.

Bir vaxtlar bölgədə inkişafı ilə tanınmış bu şəhərin qalıqları ilə tanış olan Juravlyov dərin məyusluğunu ifadə edib.

Deputat yarı dağıdılmış Ağdam məscidini ziyarət etdikdən sonra şəhərin məhz işğal dövründə qəsdən dağıdıldığından təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, qismən qorunan məscid işğalçıların heç də Azərbaycanın dini irsinə hörmətlə yanaşdığının göstəricisi deyil. "Məscid minarələri hərbi məqsədlə, yəni artilleriya zərbələrinin koordinasiyası üçün saxlanılmışdı,"- Juravlyov vurğulayıb.

Sonda deputat Azərbaycanın bu və digər dağıdılmış şəhər və qəsəbələrini bərpa edəcəyinə inandığını və növbəti dəfə artıq dirçəldilmiş Ağdam şəhərini mütləq ziyarət edəcəyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti