...

Keçmiş MTN generallarının cinayətində zərərçəkmiş qadın dələduzluqda təqsirləndirilib

Gündəm Materials 13 Mart 2021 09:46 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli şəxsləri ilə bağlı cinayət işində zərərçəkmiş kimi tanınan və külli miqdarda dələduzluqda təqsirləndirilən Ulduzə Səfərzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Trend-in məlumatına görə, istintaq orqanı U.Səfərzadə barəsində olan cinayət işini baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib. Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

U.Səfərzadə iki nəfərə qarşı dələduzluqda təqsirləndirilir və o Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

Qeyd edək ki, U.Səfərzadə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri - general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev və general-mayor Natavan Mürvətovanın barəsində olan cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti