...

Ermənistanda qonşu ölkələrin ərazisinin çəkilişini aparmaq qadağan olunur

Gündəm Materials 18 Mart 2021 15:12 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan hakimiyyəti sərhədyanı zonalarda çəkilişi qadağan edəcək.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, müvafiq qanun layihəsi hökumətin iclasında təsdiq olunub.

Təklif olunan qaydalara əsasən, sərhədyanı zonalara gələn şəxsələr qonşu ölkənin ərazisindəki mühəndis tikililərini, hərbçilərin istifadə etdiyi obyekt və binaları, müşahidə qüllələrini və nəqliyyat vasitələrini çəkmək üçün dron və digər vasitələrdən istifadə etmək qadağan olunacaq.

Bu qaydanı pozan şəxslər 200 dollara yaxın məbləğdə cərimə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti