...

Rusiyada 2021-ci ilin iki ayında 4,3 min nəfər cinayətlərin qurbanı olub

Gündəm Materials 21 Mart 2021 11:31 (UTC +04:00)
Rusiyada 2021-ci ilin iki ayında 4,3 min nəfər cinayətlərin qurbanı olub

Bakı. Trend:

Rusiyada cari ilin ilk iki ayında cinayətlər nəticəsində 4,3 min nəfər öldürülüb, 5,6 min nəfər isə xəsarət alıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin yanvar-fevral ayları üzrə cinayətkarlığa dair vəziyyətlə bağlı statistikasında bildirilir.

Məlumatda deyilir: "2021-ci ilin ilk iki ayı ərzində müxtəlif cinayətlər nəticəsində 4,3 min nəfər öldürülüb, 5,6 min nəfərə isə ağır xəsarətlər yetirilib".

Qeyd edilir ki, şəhər və şəhər tipli yaşayış məntəqələrinin payına cinayətlər nəticəsində ölənlərin 62,7 faizi (2,7 min nəfər), digər yerlərə isə 37,3 faizi (1,6 min nəfər) düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti