...

İşğaldan azad olunmuş rayonlarda Yanğından Mühafizə hissələrində görüşlər keçirilib (FOTO)

Gündəm Materials 1 Aprel 2021 20:21 (UTC +04:00)
İşğaldan azad olunmuş rayonlarda Yanğından Mühafizə hissələrində görüşlər keçirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

31 mart – 1 aprel 2021-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Ağdam rayonlarında fəaliyyət göstərən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə hissələrində görüşlər keçirilib.

FHN-dən Trend-ə bildirilib ki, tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyünün təmin olunması zamanı canlarını fəda vermiş şəhidlərimizin, həmçinin erməni terrorizmi nəticəsində həyatlarını itirmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında 44 günlük Vətən müharibəsində ordumuzun böyük şücaəti və misilsiz qəhrəmanlığı sayəsində qazanılmış parlaq qələbə münasibətilə hər kəsi təbrik edərək, bu qələbənin əldə olunması yolunda ölkə başçısının həyata keçirdiyi uzaqgörən siyasətindən geniş bəhs edib. Qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi inkişaf stategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmiz ilbəil gücləndi, iqtisadi və hərbi qüdrəti durmadan yüksəldi, beynəlxalq imici möhkəmləndi. Bütün bunlar və xalqımızın milli həmrəyliyi nəticəsində cəmi 44 gün ərzində erməni işğalçıları torpaqlarımızdan qovuldu və ərazi bütövlüyümüz təmin olundu. Natiq qeyd edib ki, erməni barbarlığının qurbanı olaraq viran qoyulmuş bu ərazilər ölkə başçısının müdrik rəhbərliyi altında qısa müddətdə əsl cənnətə çevriləcək.
Daha sonra ermənilərin azərbaycanlılara qarşı tarixən törətdiyi soyqırımı barədə danışan M.İsmayılov ermənilərin bu qanlı cinayətlərinin Azərbaycan xalqının yaddaşında əbədi həkk olunduğunu diqqətə çatdırıb. Həmçinin, bu qan yaddaşının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinə toxunaraq qeyd edib ki, Ulu Öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart- Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu çərçivədə, ermənilərin xalqımıza qarşı soyqırımı siyasətinin ifşa edilərək dünya birliyinin diqqətinə çatdırılmasında Heydər Əliyev Fondunun verdiyi töhfələr xüsusi qeyd olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti