...

Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir

Gündəm Materials 10 Aprel 2021 15:39 (UTC +04:00)
Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir

Bakı. Fidan Babayeva - Trend:

Bu gün Türk Şurasının himayəsi altında siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə fəal əməkdaşlıq həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında deyib.

Onun sözlərinə görə, türkdilli ölkələrin əməkdaşlığının möhkəmlənməsinə yönəlmiş səylər Qazaxıstanın informasiya siyasətinin inkişafının prioritet addımlarıdır:

"Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir. Hər il televiziya sahəsində, o cümlədə serial və sənədli film mübadiləsi aparılır ki, bu da ümumi türk mədəniyyətinin və tarixinin populyarlaşmasına yönəlib".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti