...

Qaxda qanunsuz ovla məşğul olanlar saxlanılıb

Gündəm Materials 19 Aprel 2021 12:49 (UTC +04:00)
Qaxda qanunsuz ovla məşğul olanlar saxlanılıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə Qax rayonu Sarıbaş kəndinin yaxınlığında qanunsuz ovla bağlı daxil olan məlumat əsasında Xidmətin əməkdaşları tərəfindən 6 nəfər saxlanılıb.

Xidmətin rəisi Hikmət Əlizadə Trend-ə bildirib ki, həmin şəxslərin silahlı olduğunu və Dağıstan turunun ovlanmasına ciddi şübhələr yarandığını nəzərə alaraq tərəfimizdən dərhal Qax rayon polis şöbəsinə müraciət olunub və ovçulara məxsus silahlar, müvafiq sübutlar polis şöbəsinə təqdim edilib.

"Polis şöbəsi tərəfindən ilkin araşdırma aparıldıqdan sonra təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti