...

Avtobus sürücülərinə peyvənd vurulur (FOTO)

Gündəm Materials 19 Aprel 2021 13:52 (UTC +04:00)
Avtobus sürücülərinə peyvənd vurulur (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi TƏBİB-lə birgə ictimai nəqliyyat sektorunda hərəkətin əsas təminatçılarının vaksinasiyasını davam etdirir.

Agentlikdən Trend-ə verilən məlumata görə, ümumilikdə 1600 nəfərdən artıq əməkdaşın vaksin olunması nəzərdə tutulub.

Onlardan bir qismi artıq peyvəndin hər iki dozasını alıb. Əməkdaşlara Çin istehsalı olan “Sinovac” şirkətinin "CoronaVac" vaksini vurulur.

Həyati əhəmiyyətli sahə olaraq sərnişindaşımalarda dayanıqlılığın təmin olunması baxımından vacib məsələlərdən biri də əməkdaşların sağlamlığının qorunmasıdır. Bunu nəzərə alaraq koronavirus infeksiyasına yoluxma riskini azaltmaq üçün ardıcıl qabaqlayıcı tədbirlər görülür. Bunun sayəsində pandemiya ərzində hər hansı bir marşrut xəttinin və ya istehsalat bazasının yoluxma səbəbindən fəaliyyətinin dayandırılması riski yaranmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti