...

Son 6 ildə BNA tərkibindəolan 1000-ə qədər avtobus yenilənib (FOTO)

Gündəm Materials 28 Aprel 2021 11:19 (UTC +04:00)
Son 6 ildə BNA tərkibindəolan 1000-ə qədər avtobus yenilənib (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

2015-ci ildən bu günə kimi Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibində olan avtobuslardan 968 ədədi yenilənib.

Trend-in məlumatına görə, bunu BNA-nın İdarə Heyyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimli qeyd edib ki, onlardan 724-ü dövlət tərəfindən keçirilmiş tenderlər əsasında gətirilib. Özəl dayşıyıcılar tərəfindən yenilənən avtobusların sayı isə 244 ədəddir:

"Təkcə 2020-ci ildə 119 avtobus yenisi ilə əvəzlənib. Yeni avtobuslarla gündəlik 630 min sərnişin daşınır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti