...

Xocavənddə silah-sursat aşkarlanıb (FOTO)

Gündəm Materials 1 İyun 2021 14:24 (UTC +04:00)
Xocavənddə silah-sursat aşkarlanıb (FOTO)

Bakı. Samir Əli - Trend:

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən 12 ədəd avtomat, 1 ədəd qumbaratan və 1 ədəd əl qumbarası aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti