Azərbaycan vətəndaşı peyvənd seçimi edə bilər - SN

Azərbaycan vətəndaşı peyvənd seçimi edə bilər - SN

Bakı. Samir Əli – Trend:

Azərbaycanda istənilən vətəndaş ölkədə istifadə edilən 4 peyvənddən birini könüllü seçə bilər.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə deyib.

Onun sözlərinə görə, hazırda ölkəmizdə Çinin Sinovac Biotech (SVA.O) şirkəti tərəfindən istehsal olunan COVID-19-a qarşı CoronaVac peyvəndi, Oksford Universitetində İngiltərə və İsveç alimləri tərəfindən yaradılan AztraZeneca (Vaxzevria), Rusiyanın Gamaleya Universitetində yaradılan Sputnik V və Pfizer – Almaniya biotexnologiya şirkəti BioNTech tərəfindən Amerika Pfizer və Çinli Fosun Pharma ilə birlikdə hazırlanmış COVID-19 əleyhinə mRNT əsaslı peyvəndlər istifadə olunur: "

Peyvənd öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadi cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Peyvənd immun sisteminizə müəyyən xəstəliklərə qarşı immun reaksiyasını canlandıraraq infeksiyalara qarşı daha effektiv mübarizə aparmağa kömək edir. Gələcəkdə həmin virus və ya bakteriya ilə bədən rastlaşarsa, immun sisteminiz artıq onlarla necə mübarizə aparacağını biləcək”.

Şöbə müdiri deyib ki, dünyada peyvəndlənməyə iki cür yanaşma mövcuddur: “ GAVİ Peyvəndlər və İmmunizasiya Qlobal İttifaqı da bunu təsdiq edir. Canlı zəiflədilmiş vaksinlərdə xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından istifadə edilir. İnaktiv peyvəndlərdə isə, genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur. Canlı peyvəndlər immun sistemi zəif olan insanlarda xəstəliyə səbəb ola bilir. Bundan başqa, onlar adətən xüsusi soyuq yerlərdə saxlanmağı tələb edir. İnaktiv vaksinlər də bəzən soyuq mühit tələb etsələr də, onları immun sistemi zəifləmiş insanlara vurmaq olar. "Sinovac" şirkətinin "CoronaVac" vaksini daha "ənənəvi" üsulla hazırlanan inaktiv peyvənddir, çox peyvəndlərdə istifadə olunan və sübut olunan texnologiyadır. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir, yəni əsas komponenti canlı olmayan virus hüceyrəsidir, xəstəliyə səbəb ola bilməz, ancaq immunitet reaksiyasını yaradır. Şirkət vaksinin hazırlanmasında Çin, Böyük Britaniya, İtaliya, İspaniya və İsveçrədən olan COVID-19 xəstələrindən nümunələr götürüb. "CoronaVac" iki dozalı peyvənddir, bütün məlum olan vaksinlər kimi.

Braziliyalı alimlər Sinovac vaksininin müalicəyə ehtiyac olan və yüngül keçirilən hallarda 78 faiz, orta və ağır hallarda 100 faiz təsirli olduğunu, ümumilikdə orta hesabla 50.4 faiz effektiv olduğunu bildiriblər”.

Nazirlik rəsmisi deyib ki, Azərbaycan hökuməti tərəfindən COVAX platformasının dəstəyi ilə AstraZeneca-SKBio (Cənubi Koreya) tərəfindən istehsal olunan AstraZeneca vaksini də ölkəmizdə tətbiq edilir: "Aparılan genişmiqyaslı sınaqlar göstərib ki, o, COVID-19 virusunun geniş yayılmasının qarşısının alınmasında yüksək dərəcədə təsirlidir. Bəzi məlumatlar onun 70 faiz effektiv olduğunu bildirsə də, tədqiqatçılar təkmilləşdirməklə bu rəqəmin 90 faizə qədər çatdırıla biləcəyini söyləyirlər. Vaksin vektor üsulu ilə hazırlanıb. Bu üsül yenilik deyil, vektor üsulu ilə vaksinlərin tədbiqi 1990-cı illərdə başlanıb. Orqanizm xarici bir zülalla təmasdan sonra virusa qarşı anticismlər istehsal etməyə başlayır. Peyvəndi adi məişət soyuducularında müvafiq temperaturlarda sabit saxlamaq olar və iki dozalıdır.

"Sinovac" peyvəndinin əsas üstün cəhətlərindən biri – standart soyuducuda 2-8 dərəcədə saxlanılmasının mümkünlüyüdür. "Oxford-AstraZeneca " peyvəndi də eyni cür saxlanılma imkanında olsa da, "Pfizer" peyvəndini isə mənfi 70 dərəcədə saxlamaq tələb olunur. Bu o deməkdir ki, həm Sinovac, həm də Oxford-AstraZeneca peyvəndi bu qədər aşağı temperaturda çox miqdarda peyvənd saxlaya bilməyən inkişaf etməkdə olan ölkələr üçün daha əlverişlidir.

Rusiyanın “Sputnik V” vaksini insan adenovirusu əsasında iki inyeksiya üçün eyni vektordan istifadə edən vaksinlərlə müqayisədə daha güclü və uzunmüddətli immun cavabını təmin etməyə imkan verən iki müxtəlif vektorun kombinasiyasının unikal texnologiyasından istifadə edir. Birinci və ikinci immunizasiya üçün iki müxtəlif adenovirus vektorunun tətbiqi üzrə sxem birinci immunizasiyadan sonra formalaşan ilk vektor immunitetinin qarşısını almağa imkan verir və bununla da ikinci inyeksiyanın səmərəliliyini artırır və uzunmüddətli immunitet yaradır. Koronavirusa qarşı mövcud olan qabaqcıl vaksinlər arasında hazırda yalnız “Sputnik V” iki müxtəlif vektor texnologiyasına malikdir. Kliniki sınaqların nəticəsi olaraq "Sputnik V"nin yüksək effektivlik – 91.6%, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Elmi sınaqların nəticəsi olaraq açıqlamada qeyd olunub ki, “Sputnik V” peyvəndi ağır xəstəlik hallarına qarşı tam qorunmanı təmin edir və yeniləri də daxil olmaqla koronavirusun bilinən bütün variantlarına qarşı eyni dərəcədə təsirlidir.

Pfizer-BioNTech peyvəndinin hazırlanmasında mRNT olan lipid örtüklü nanohissəciklər istifadə olunub. Peyvəndlərin ənənəvi hazırlanan texnologiyalardan fərqli olaraq, Pfizer mənfi 70 dərəcədə saxlanılmalıdır. Bunun üçün xüsusi avadanlıq lazımdır. Pfizer-BioNTech vaksininin qoruyucu təsiri ilk dozadan 12 gün sonra inkişaf etməyə başlayır".

Kubada xaricdən gələnlərin təcrid müddəti iki həftəyə qədər uzadılıb
Kubada xaricdən gələnlərin təcrid müddəti iki həftəyə qədər uzadılıb
Xorvatiyaya turist axını 40 faiz artıb
Xorvatiyaya turist axını 40 faiz artıb
Bu ilin birinci rübündə dünya aviaşirkətləri 17 milyon dollardan çox itkilərlə üzləşib
Bu ilin birinci rübündə dünya aviaşirkətləri 17 milyon dollardan çox itkilərlə üzləşib
Loading Bars
Xəbər lenti
Ötən gün toylarla bağlı qaydaları pozan 84 nəfər cərimələnib, 1 nəfər həbs olunub
Azərbaycanlı qardaşlarımızın bizi düşünməsi, çətin günlərdə həmrəylik göstərməsi bizi sevindirir - Çavuşoğlu
Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı
Azərbaycanda mehmanxanalardan əsasən bu ölkələrin vətəndaşları istifadə edib
Hacıqabulda saxlanılan şəxslərdən "patı" və heroin aşkarlandı (FOTO)
Ermənistanın yaydığı dezinformasiyalar itkilərini erməni cəmiyyətinin gözündə pərdələməyə hesablanıb - Ekspert
Şirvanda növbəti narkotik əməliyyatı: Daha beş nəfər narkotiklərlə tutuldu (FOTO)
Bakıda 2 otaqlı mənzil yanıb
"Tokio-2020": Boksçumuz Cavid Çələbiyev mübarizəni dayandırıb
Olimpiya Oyunlarında qızıl medal qazanaraq "İnstagram"da məşhur oldu
Gömrükdə qanunsuz keçirməyə cəhd zamanı saxlanılan pulların aqibəti necə olur? - AÇIQLAMA
Bezos dünyanın ən varlı insanı statusunu itirdi
Tokio Olimpiadasında koronavirusa yeni yoluxma halları qeydə alınıb
İsrail polisi ilə toqquşmalarda 270 fələstinli xəsarət alıb
Britaniyalı triatlonçular qarışıq estafetdə ilk Olimpiya çempionu oldular
İraqda neft emalı müəssisəsi raket hücumuna məruz qalıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 16 mini ötüb
İraqda silahlı hücum nəticəsində 7 nəfər ölüb
Peruda 6,2 bal gücündə zəlzələ olub
Azərbaycan yanğınsöndürənləri Türkiyəyə çatıblar (FOTO)
Berlində atışma olub, 4 nəfər yaralanıb
Türkiyədə son sutkada koronavirusdan 5 752 nəfər sağalıb
Yaxın zamanlarda "ROSEKSİMBANK"ın Azərbaycanda nümayəndəliyinin açılması məsələsi nəzərdən keçirilmir - Sədr
Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Ərəb koalisiyası husilərin PUA-sını məhv edib
Türkiyədə 81 meşə yanğınından 70-i lokallaşdırlıb
Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!
Britaniyada koronavirusa yoluxanların sayı 5,83 milyonu ötdü
Güləşçilərimiz Tokioda məşqlərə başladı
USAID Azərbaycanda qadın sahibkarlığının inkişafına həsr olunmuş dəyirmi masa təşkil edib (FOTO)
Azərbaycanın 187 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Daxili İşlər Nazirliyi meşə yanğınlarının eyni vaxtda başlamasının səbəbini araşdırır - Ərdoğan
CBC teleradio şirkətində kadr islahatları aparılıb
Azərbaycanın dünya ölkələrinə peyk telekommunikasiya xidmətlərinin dəyəri məlum olub
Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb
AHİK İcraiyyə Komitəsi beynəlxalq təşkilatlara müraciət qəbul edib
Ceyhun Bayramov ölkəmizin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb (FOTO)
Ermənilərin bütün ideologiyası nifrət, saxta tarix yaratmaq üzərində qurulub - Fərəh Əliyeva
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib (FOTO)
Yoxlama zamanı 693,5 min manat artıq və əsassız ödənişlər aşkar edilib
Saatlı sakinindən "patı" götürülüb
Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır - Sahibə Qafarova
76 vəzifəli şəxs 54,4 min manat məbləğində cərimələnib
Dənizdə batan şəxsin meyiti tapılıb
Azərbaycan güləşçiləri Tokioda məşqlərə başlayıblar
ADU-nun Konfutsi İnstitutunda Çin və Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib (FOTO)
ADA Universiteti və “Təmiz Şəhər” ASC şagirdlər üçün “Yay məktəbi” təşkil edib (FOTO)
Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Diaspor Komitəsində olub
FHN-in dəstək qüvvələri Türkiyəyə yola salınıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Fransız jurnalistlər Qarabağda ermənilərin törətdikləri vandalizmdən dəhşətə gəliblər (FOTO)
Azərbaycan parlamenti ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
TuranBank “YAŞAT” düşərgəsinə dəstək oldu (FOTO)
“Nar Wi-Fi” ilə sən harada, internet orada!
Dövlət Maliyyə Nəzarəti Xidməti I yarımil üzrə aparılan yoxlamalara dair hesabat yayıb
Tibbi tullantılar və onların daşınması sahəsində ciddi problem var - Yaqut Qarayeva
Hesab.az-dan Visa kart sahiblərinə özəl kampaniya uğurla yekunlaşdı!
“PAŞA Həyat” 2021-ci il üzrə II rübün maliyyə nəticələrini açıqladı
Avqustun 2-nə USD/AZN rəsmi məzənnəsi
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib (FOTO)
Deputat Eldəniz Səlimovun polisi döyməsi ilə bağlı cinayət işi açılıb
"Hepatit B" və "Hepatit C"yə yoluxma halları artır - Yaqut Qarayeva
İstanbulda meşə sahələrinə giriş qadağan edildi
Məişət tullantılarının idarə edilməsində köklü dəyişikliklərə ehtiyac var - Hikmət Əlizadə
Ağdam rayonunun Şuraabad kəndi (VİDEO)
Ən yeni tarixin yeni romanı
Türkiyədə yanğınlar, son vəziyyət, Azərbaycanın qardaş ölkəyə dəstəyi - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Gəncə sakinlərindən “patı” götürülüb (FOTO)
Şuşanın Baş planının detalları açıqlanıb
“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri başa çatıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 668 nəfər COVID-19-a yoluxub, 178 nəfər sağalıb
Masallıda gecə saatlarında avtoxuliqanlıq edən şəxs həbs edilib (FOTO)
Narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər saxlanılıb (FOTO/VİDEO)
Vətən müharibəsində yaralanmış 1053 qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib
"YAŞAT" düşərgəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib (FOTO)
ADNSU-nun rektoru Strasburq universitetində təhsillərini davam etdirəcək tələbələrlə görüşüb (FOTO)
Taleh Tahirli: Məsafədən satış potensialımızla çox iddialıyıq
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür etdi
Vüqar Səfərlinin məhkəməsi təxirə salınıb
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Şuşada (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Türkiyə xalqının kədəri bizim kədərimizdir (FOTO)
Saatlıda iki toy məclisində pandemiya qaydalarının pozulduğu aşkarlanıb (FOTO)
Gömrükdən külli miqdarda zinət əşyası keçirmək istəyən şəxs saxlanılıb
İsmayıllıda yol tikintisi üçün 5,6 milyon manat ayrılıb - SƏRƏNCAM
Gəncədə toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb (FOTO)
Ən qısa zamanda qüvvələr Türkiyəyə yola düşəcək - FHN
Tokio-2020: Azərbaycan boksçusu yarımfinalda
“AccessBank” tender elan edir
Samuxda fermada 31 yaşlı kişini öldürən şəxs tutulub
Xarici vətəndaşların bank kartları ilə Azərbaycanda xərclədiyi pulun məbləği məlum olub
İranda ötən sutka 270 nəfər koronavirusdan ölüb
General Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Dövlət Neft Fondu hərraclarının 87 faizində təklif tələbi üstələyib - Elman Rüstəmov
Sumqayıtda tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırılıb
Azərbaycanda pul bazası 5,6 faiz artıb - Mərkəzi Bank
Xaçmazda şadlıq evində qayda pozuntusu aşkarlanıb
Strateji valyuta ehtiyatlarımız ölkəmizin iqtisadi təhlükəsizliyi üçün güclü zəmin yaradır - Deputat
Xarici şirkətlər Azərbaycandan ən çox bu məhsulları sifariş edir
Xaçmazda qadını öldürən şəxs tutulub
İşğaldan azad edilmiş nə qədər ərazi minalardan təmizlənib?
Bütün xəbərlər