...

ANAMA ötən həftə işğaldan azad olunan ərazilərdə aşkarlanan minaların sayını AÇIQLADI

Gündəm Materials 14 İyun 2021 16:43 (UTC +04:00)
ANAMA ötən həftə işğaldan azad olunan ərazilərdə aşkarlanan minaların sayını AÇIQLADI

Bakı. Trend:

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) iyunun 7-dən 12-dək işğaldan azad olunan ərazilərdə icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb.

ANAMA-dan Trend-ə verilən xəbərə görə, ötən həftə işğaldan azad olunan ərazilərdə piyada əleyhinə 596, tank əleyhinə 54 mina, 144 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bu müddət ərzində 111,6 ha ərazi mina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti