...

Bu ay 187 kq marixuana, 58 kq heroin qanunsuz dövriyyədən çıxarılıb

Gündəm Materials 17 İyul 2021 13:25 (UTC +04:00)
Bu ay 187 kq marixuana, 58 kq heroin qanunsuz dövriyyədən çıxarılıb

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi (DİN) iyulun 1-dən 17-nə kimi polis əməkdaşları tərəfindən qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son 16 gün ərzində 187 kq marixuana, 92 qr bonzai, 3,1 qr metadon, 58 kq heroin, 24 ton çətənə (əkin), 11 kq metamfetamin, 3 kq tiryək, 11 ton çətənə (yabanı), 427 ekstazi, 15 qr kokain, 59 qr həşiş, 470 preqabalin dövriyyədən çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti