...

Ağdaşda COVID pasportu olmayanların şadlıq sarayına girişinə icazə verilməyib

Gündəm Materials 27 İyul 2021 16:07 (UTC +04:00)
Ağdaşda COVID pasportu olmayanların şadlıq sarayına girişinə icazə verilməyib

Bakı. Trend:

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində keçirilən yoxlamalar zamanı qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, “Ağ saray”, “İnci”, “Ümid” və “Səma” şadlıq saraylarında mərasimə dəvət edilən qonaqlardan 50-sinin “COVID” pasportu olmadığı üçün onların saraya girişinə icazə verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti