...

ABŞ köməkçilərinin Əfqanıstandan çıxarılması üçün bütün vasitələrdən istifadə edir

Gündəm Materials 17 Avqust 2021 06:33 (UTC +04:00)
ABŞ köməkçilərinin Əfqanıstandan çıxarılması üçün bütün vasitələrdən istifadə edir

Bakı. Trend:

ABŞ onlara kömək edən Əfqanıstan vətəndaşlarını ölkədən çıxarmaq üçün bütün imkanlardan istifadə edir.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

"Xüsusi immiqrasiya vizası almaq hüququna uyğun olan bütün vətəndaşları, onların yaxınları və qohumlarını ölkədən çıxarmaq üçün bütün vasitələrdən istifadə edirik", - məlumatda deyilib.

N.Prays Vaşinqtonun Əfqanıstanda yeni səlahiyyətlilərlə qarşılıqlı əlaqə qura biləcəyini də etiraf edib.

"Bu, bu hökumətin hərəkətlərindən, taliblərin hərəkətlərindən asılı olacaq" dedi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti