...

Şirvan prokurorluğu məhkəmədə vəkilə təzyiq olunmasını araşdırmağa başladı

Gündəm Materials 17 Avqust 2021 12:00 (UTC +04:00)
Şirvan prokurorluğu məhkəmədə vəkilə təzyiq olunmasını araşdırmağa başladı

Bakı. Samir Əli - Trend:

Bəzi kütləvi informasiya vasitələrində Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi barədə məlumatlar yayılıb.

Şirvan şəhər prokurorluğundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir.

Həmçinin, bildiririk ki, 13 avqust 2021-ci il tarixdə saat 15:00-15:30 radələrində Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında cinayət işinə apellyasiya qaydasında baxılan zaman bilavasitə məhkəmə iclası zalında və binanın inzibati zonasında asayişin kobud formada pozulması barədə Şirvan şəhər prokurorluğuna Şirvan Apellyasiya Məhkəməsindən material daxil olmuşdur.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti