...

Günel Gözəlovanın həkimə qarşı iddiası ilə bağlı araşdırma aparılır

Gündəm Materials 19 Avqust 2021 15:26 (UTC +04:00)
Günel Gözəlovanın həkimə qarşı iddiası ilə bağlı araşdırma aparılır

Bakı. Trend:

Günel Gözəlovanın şikayəti ilə bağlı aradşırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilir ki, Günel Gözəlovanın ərinin həkim səhvi nəticəsində səhhətində fəsadların yaranması ilə bağlı müraciəti əsasında hazırda Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

Araşdırma zamanı izahatlar alınmış, həkim səhvinin olub-olmamasını müəyyən etmək məqsədi ilə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib.

Bundan başqa, həkim tərəfindən aparılan müalicə və reanimasion tədbirlər zamanı hər hansı qanun və tibbi protokolların tələblərinin pozulması hallarına yol verilib-verilməməsinin araşdırılması məqsədi ilə xidməti yoxlama aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə Baş Prokurorluq tərəfindən müraciət edilib.

Hazırda araşdırma davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti