...

Marketlərdə COVID pasportunun tələbi nəzərdə tutulmur - DİN

Gündəm Materials 20 Avqust 2021 12:11 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Marketlərdə COVID pasportunun tələbi nəzərdə tutulmur.

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Qeyd edək ki, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

- ictimai iaşə müəssisələrində;

- mehmanxanalarda;

- iri ticarət mərkəzlərində.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti