...

Paytaxtın bu yolunda hərəkət məhdudlaşdırılır

Gündəm Materials 21 Sentyabr 2021 15:13 (UTC +04:00)
Paytaxtın bu yolunda hərəkət məhdudlaşdırılır

Bakı. Trend:

21 sentyabr saat 20:00-dan 22 sentyabr saat 08-00-dək Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küçəsində (3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar əsas və köməkçi yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti