Bakı. Fərid Zöhrabov -Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyev Azərbaycan ordusunun Madagizdə (indiki Suqovuşan) Azərbaycan bayrağını qaldırdığnı və Tərtər, Cəbrayıl və Füzulinin bir neçə kəndlərinin işğaldan azad olunduğunu açıqlayıb.
- Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikasının siyahısını açıqlayıb. Düşmənin 230-dək tank və digər zirehli texnikası,250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan,38 ədəd hava hücumundan müdafiə vasitələri,10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi,7 silah-sursat anbarı,130-dan artıq avtomobil texnikası,1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilib.
- Oktyabrın 3-ü gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb və ona sarsıdıcı zərbələr endirilib.
- Oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb.
- Ermənistan yaşayış məntəqələrimizi artilleriya atəşinə tutub.Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcəbədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tapqaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulub.
- Baş prokurorluqdan bildirib ki,Sentyabrın 27-dən etibarən erməni silahlı bölmələri tərəfindən yaşayış məntəqələrimiz atəşə tutması nəticəsində 14 nəfər kişi, 3 nəfər qadın, 2 nəfər isə azyaşlı həlak olub.
- Müdafiə Nazirliyi düşmənin döyüş vasitələrinin darmadağın edilməsi görüntülərini yayıb.
- Müdafiə Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdən videogörüntülər yayıb.
- Bakı sakinləri Suqovuşan kəndinin azad edilməsini evlərinin eyvanlarında qeyd ediblər.