...

Bakı sakinləri Suqovuşan kəndinin azad edilməsini qeyd edirlər (VİDEO)

Cəmiyyət Materials 3 Oktyabr 2020 23:19 (UTC +04:00)
Bakı sakinləri Suqovuşan kəndinin azad edilməsini qeyd edirlər (VİDEO)

Bakı. Trend:

Bakı sakinləri Suqovuşan kəndinin azad edilməsini evlərinin eyvanlarında qeyd edirlər.

Trend-in məlumatına görə, video görüntülərdə paytaxt sakinləri "Qarabağ!", "Qarabağ Azərbaycandır!" ifadələrini səsləndirir, alqışlayır, atəşfəşanlıq edir və mahnı oxuyur.

Qeyd edək ki, uzun illərdir Ermənistanın silahlı qüvvələrinin işğalı altında olan kənd Madagiz adlanırdı.

3 oktyabr axşamı 1-ci Ordu Korpusu işğaldan azad edildikdən sonra, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə kəndə tarixi adı - Suqovuşan adı qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti