...

Hazırda düşmən kəndlərimizi atəşə tutur, qəti cavab tədbirləri görülür - MN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2020 10:36 (UTC +04:00)
Hazırda düşmən kəndlərimizi atəşə tutur, qəti cavab tədbirləri görülür - MN

Bakı. Ceyhun Ələkbərov - Trend:

Hazırda düşmən kəndlərimizi atəşə tutur, qəti cavab tədbirləri görülür.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 3-ü gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcəbədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tapqaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulub.

Hazırda Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti